13.07.2023
İyulun 13-də Tovuz rayon Aşıq Ə. Cəfərov adına Mədəniyyət Mərkəzinin və Tovuz Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinin 3-cü ildönümü ilə bağlı "Tovuz- Qəhrəmanlar diyarıdır" adlı dəyirmi masa təşkil olunub. Dəyirmi masaya dəvət olunan qazilər, veteranlar keçdikləri döyüş yolundan, əsgərlərimizin hünərlə vuruşduğundan və Tovuz əhalisinin qələbə əzmindən danışıblar.