Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətən sizinlə qürur duyur”

14.07.2023

13 İyul 2023-cü il tarixində Tovuz Tarix-Diyarşünaslıq muzeyi və Heydər Əliyev Mərkəzininin birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinin 3-cü il dönümü ilə əlaqədar "Vətən sizinlə qürur duyur" mövzusunda tədbir keçirildi. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Tovuz şöbəsi, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi Tovuz filialının əməkdaşları da iştirak etdilər. 

 Tədbir Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıldı. 

 Tədbirin açılış çıxışını edən muzeyin bələdçisi Səməndərov Yasin öz çıxışında Tovuz döyüşləri haqqında, döyüşlərin necə və hansı ərazidə olduğu haqqında məlumat verdi.

 Daha sonra çıxış üçün söz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Tovuz şöbəsi, Qarabağ Əlillərinə Qayğı

 İctimai Birliyi Tovuz filialının mətbuat xidmətinin rəisi Novruz Hümbətova verildi. O öz çıxışında Tovuz döyüşləri haqqında, həmçinin 1988-ci ildən 2023-cü ilə əlaqədar Azərbaycan Respublikasına edilmiş qəsdlərə qarşı mübarizədə Tovuz rayonunun neçə möhkəm və sarsılmaz bir istehkam olduğu haqqında danışdı.