14.07.2023
14 iyul 2023-cü il tarixində Ağstafa Hüseyn Arif Ev Muzeyi, Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi və şəhər 1 saylı Folklor klubunun əməkdaşları iyul döyüşlərinin 3-cü ildönümü ilə əlaqədar olaraq Ağstafa rayon Köçəsgər kənd sakini şəhid gizir Yaşar Babayevin ailəsini ziyarət ediblər.
Yaşar Babayev 2020-ci il iyulun 14-də Tovuz istiqamətində erməni işğalçıları ilə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidlərimiz hər zaman əbədidir. Allah rəhmət eləsin.