Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev irsi milli sərvətimizdir”

10.07.2023

İyulun 10-da Tovuz rayon Heydər Əliyev Mərkəzinin və rayon MKS-nin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev irsi milli sərvətimizdir" mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbirdə çıxış edənlər Ümummilli Lider, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətlərindən söhbət açıb və bildiriblər ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur.