Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzi kitabxanasında Silahlı Qüvvələr Gününə həsr olunmuş “Heydər Əliyev və Ordu quruculuğu” adlı tədbir keçirildi

24.06.2023

24 iyun 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi kitabxana oxu zalında “Heydər Əliyev və Ordu quruculuğu” adlı tədbir keçirib. Tələbə, fəal oxucu və kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə Vətən torpaqlarının azadlığı uğrunda qurban gedən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranma tarixi, Azərbaycan Xalq Cümhuriyyəti illərində və ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə keçdiyi inkişaf tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Ulu Öndərin dərin düşüncəli uzaqgörən siyasəti nəticəsində Silahlı Qüvvələrin kadr hazırlığının təkmilləşdirilməsinə dair verdiyi Fərmanların, yaratdığı hərbi məktəblərin sayəsində 44 günlük Vətən müharibəsində göstərilən rəşadət Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olmasınının təsdiqidir. Bu gün MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.

Tədbir gənc musiqisevərlərin ifasında Vətənə, Orduya, qəhrəmanlığa həsr olunmuş mahnılarla, şeirlərlə davam etdirilib.

Həmçinin, Uşaq şöbəsi “Mənim Müzəffər Ordum” adlı şeir saatı keçirib. Məktəblilər vətənpərvərlik haqqında şeirlər söyləyiblər.