Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın müzəffər ordusu”

25.06.2023

İyunun 25-də Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin əməkdaşları Tovuz rayon Cırdaxan kəndində yerləşən "N" saylı hərbi hissədə 26 İyun - Silahlı Qüvvələr günü ilə əlaqədar "Azərbaycanın müzəffər ordusu" mövzusunda tədbir keçirildi.

Tədbirdə çıxış edənlər bildiriblər ki, AXC hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.