Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada yerləşən ”N” saylı hərbi hissədə bayram konserti təşkil edilib

26.06.2023

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada yerləşən "N" saylı hərbi hissədə bayram konserti təşkil edilib.

Tədbirdə əvvəlcə Vətən şəhidlərinin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ağstafa rayon Mədəniyyət Mərkəzinin və rayon Uşaq Musiqi Məktəbinin kollektivi tərəfindən hazırlanmış müxtəlif musiqi nömrələri səsləndirilib, əsgərlər rəqsə dəvət edilib. 

 

Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.