Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda şair Əsli İsmayılqızının yaradıcılığına həsr olunmuş “Yarımçıq arzular: Dəmir yumruq” adlı görüş keçirildi

25.06.2023

25 iyun 2023-cü il tarixdə Qazax rayon Mərkəzi Kitabxanası Mədəniyyət Mərkəzində şair Əsli İsmayılqızının yaradıcılığına həsr olunmuş “Yarımçıq arzular: Dəmir yumruq” adlı görüş keçirib. 

Görüşdə Şəhid ailələri, Əməkdar Mədəniyyət işçisi, MİHİ-nin Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, şairin ailə üzvləri, qələm dostları, universitet tələbələri, fəal oxucular və kitabxana əməkdaşları iştirak edib.

 Ilk öncə Vətən torpaqlarının azadlığı uğrunda qurban gedən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MKS-nin direktoru Fəridə Xudiyeva elimizin, obamızın şair qızı, Vətən-yurd sevgiliƏsli İsmayılqızının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Onun oxuculara ərməğan etdiyi “Yarımçıq arzular: Dəmir yumruq”, “ “Əjdaha”ləqəbli Şəhid” kitablarında Vətən uğrunda rəşadətlə, şərəflə vuruşub, şirin canlıarından keçən Vətən fədailərinin, qısa, şərəfli ömür yaşayan Şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi şeirlərdən söhbət açıb.

Ölməzlik dastanına çevrilən Vətən torpağına, Vətən daşına qanı ilə, ruhu ilə keşik çəkən Şəhidlərin yarımçıq arzularını, qarış-qarış Vətən torpaqlarımızın azad olunmasında göstərdikləri mərdliklərini nəğmələrə, laylalara çevirən elimizin layiqli qızı, Vətən təəssüblü Əsli İsmayılqızı görüş iştirakçılarına şeirlərindən seçmələr oxuyub. 44 günlük Vətən müharibəsi Şəhidi gizir İsmayılov Tahir Niyazi oğlunun Vətənə əmanət ciyərparası Uğurun Şəhidlərə həsr olunmuş şeiri xüsusi rəğbətlə qarşılanıb. 

Tədbirdə çıxışlarda Əsli İsmayılqızının söz dünyasından, adı mələklərlə qoşa çəkilən Şəhidlərə, Vətənə sipər cəsur Qazilərə bu gün Zəfər hissi ilə yaşadığımız üçün borclu olduğumuzu qeyd ediblər, fəal oxucular şeirlərindən seçmələr söyləyiblər. Görüşdə Şəhər 2 nömrəli Musiqi məktəbinin saz müəllimi Elvin müəllimin rəhbərliyi ilə qəhrəmanlıq rəmzi olan saz havaları ifa olunub. 

Şairin, təşkilatçıların və iştirakçıların çox böyük məmnun qaldıqları görüşdə Əsli İsmayılqızı “Yarımçıq arzular: Dəmir yumruq”, “ “Əjdaha” ləqəbli Şəhid” adlı kitablarını Mərkəzi kitabxanaya təqdim edib, Xatirə şəkli çəkilib. Görüş çay süfrəsi arxasında davam edib.