Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində 26 iyun – Silahlı Qüvvələr gününə həsr olunmuş dəyirmi masa keçirilib

24.06.2023

İyun 24-də Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində pedaqoji kollektivin iştirakı ilə 26 iyun – Silahlı Qüvvələr gününə həsr olunmuş “Biz qayıtmışıq” başlıqlı dəyirmi masa keçirilib. İlk öncə tədbir iştirakçıları Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məktəbin direktoru Xəyal Nağıyev giriş sözü ilə çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla iyun ayının 26-sı Silahlı Qüvvələr Günü elan olunub. O qeyd edib ki, Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılması Ümummilli Liderimizin adı ilə bağlıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Qeyd olunub ki, 2020-ci ildə ordumuzun qazandığı böyük zəfər Silahlı Qüvvələrimizin gücünün və qüdrətinin göstəricisidir.
Tədbir müəllimlərin mövzu ətrafında çıxışları ilə davam etdirilib. Çıxışlarda Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü həmçinin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi istiqamətində də bilavasitə təhsil işçilərinin üzərinə böyük vəzifələr düşdüyü vurğulanıb.