Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mən oxudum, sən də oxu!”

24.06.2023

İyunun 24-də Tovuz rayon Mərkəzi Kitabxanasında gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar "Mən oxudum, sən də oxu!" başlığında gənclərlə görüş təşkil edilib.

 Görüşdə iştirak edən kitabxananın fəal gənc oxucuları savadlı, intellektli və sağlam düşüncəli gəncliyin formalaşmasında mütaliənin rolu haqqında fikir mübadiləsi aparıblar. Həmçinin oxuduqları maraqlı kitablar barədə digər gənclərə məlumat verib, tövsiyələrini çatdırıblar.