Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yaşasın qüdrətli Azərbaycan Ordusu”

24.06.2023

24 iyun 2023-cü il tarixində M.P. Vaqif və M.V. Vidadinin Xatirə Muzeyinidə 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq "Yaşasın qüdrətli Azərbaycan ordusu" adlı tədbir keçirilib.

Muzey əməkdaşları əvvəlcə Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan igidlərimizi yad edərək "Şəhidlər xiyabanı"na gedib abidə önünə gül dəstələri qoyublar. 

Sonra muzeydə "Yaşasın qüdrətli Azərbaycan Ordusu" adlı tədbir keçirilib. Çıxışlarda Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, son illərdə ordu quruculuğu sahəsində əldə olunmuş uğurlardan danışılıb. Bildirilib ki, ordumuz hər birimizin iftixarı, xalqımızın qürur mənbəyidir.