Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev İli” çərçivəsində Ağstafada “Kitab Bayramı” təşkil olundu

24.06.2023

 "Heydər Əliyev İli” ilə bagli olaraq Tədbirlər Planı çərçivəsində Ağstafa şəhəri Səməd Vurğun adına mədəniyyət və istirahət parkında təşkil olunan kitab bayramında məsul şəxslər, Ağstafa Mərkəzi Kitabxana sisteminin əməkdaşları, ağstafalı yazarlar, şairlər, fəal oxucular, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müxtəlif elm sahələrini əhatə edən kitablardan ibarət sərgi ilə tanış olublar.

Dövlət Himnimizin səsləndirilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin qayğısı nəticəsində kitabxana işi üçün ayrılan xərclər ildən-ilə artırılır, bu sahənin maddi-texniki bazası gücləndirilirdi. 

 

Digər natiqlər bu sahədə Ümummilli Lider Heydər Əliyevin əməli işlərinin məntiqi nəticələrdən bəhs edərək ölkəmizdə mədəniyyət, elm və incəsənət sahəsinə göstərilən yüksək dövlət qayğısı üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. 

Mədəniyyət və incəsənət nümayəndələrinin, eləcə də istedadlı uşaqların təqdimatında nümayiş etdirilən ədəbi-bədii kompozisiyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin davamında kitabxananın fəal oxucularına müvafiq fəxri fərmanlar və hədiyyələr təqdim olunub.