Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ordumuz qürur mənbəyimizdir”

22.06.2023

22 iyun 2023-cü il tarixində Ağstafada fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə "Ordumuz qürur mənbəyimizdir" mövzusunda tədbir keçirilib.

Rayon saylı Folklor klubunda keçirilən tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları ilə yanaşı ikinci Qarabağ müharibəsi iştirakçıları və qazilər iştirak edib.

 Tədbirdə Silahlı Qüvvələri Gününün təsis edilməsini tarixi, Azərbaycanda milli ordu quruculuğunun keçdiyi tarixi inkişaf yolu, mərhələləri, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı zəfərin Azərbaycan tarixindəki yeri və əhəmiyyəti haqqında məlumat verilib.