Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzi kitabxanasında ”“Ağ ölüm”ə qarşı mübarizədə kitabxanaların rolu: Sağlam olaq - kitab oxuyaq” adlı tədbir keçirildi

23.06.2023

23 iyun 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi kitabxana oxu zalında "“Ağ ölüm”ə qarşı mübarizədə kitabxanaların rolu: Sağlam olaq - kitab oxuyaq” adlı tədbir keçirib. Tədbirdə bir qrup ictimaiyyət nümayəndəsi və kitabxana əməkdaşları iştirak edib. İlk öncə müasir dövrdə bəşəriyyətin düçar olduğu bəla, ailəvi “qırğın silahı”, “ağ ölüm” adlandırılan narkomaniya, onun fəsadları haqqında ümumi məlumat verilib, ölkəmizdə narkomaniyanın yayılmasına, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı ümumdövlət tədbirlərindən xüsusilə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ı haqqında məlumat verilib. Sonra narkotik vasitələrin insan orqanizminə mənfi təsiri, ailədə və cəmiyyətdə törətdiyi fəsadlara həsr olunmuş “Ağ ölüm”ə “Yox” deyək!” adlı videoçarx nümayiş olunub. Maarifləndirmə məqsədilə keçirilən tədbirdə gənclərə sağlam həyat tərzi keçirmək, asudə vaxtlarını kitaba, kitabxanaya həsr etmək tövsiyə edilib.