Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Heydər Əliyev Mərkəzində “Ordu quruculuğunun banisi - Heydər Əliyev” mövzusunda tədbir keçirilib

22.06.2023

İyunun 22-də “Heydər Əliyev İli” çərçivəsində Qazax rayon Heydər Əliyev Mərkəzində 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar “Ordu quruculuğunun banisi - Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin Qazax rayon filialı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Qazax rayon şöbəsi, şəhid ailələri, tələbələr, gənclər və mərkəzin əməkdaşları iştirak edib. 

Tədbir Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixindən və inkişaf dövrlərindən bəhs edən filmin nümayişi ilə başlayıb. 

 Giriş sözü ilə çıxış edən Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib və “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda məruzə ilə çıxış edib. Ceyhunə Hüseynova bildirib ki, Azərbaycan Respublikasının prezidenti seçildikdən dərhal sonra Heydər Əliyevin təşəbbüsü ilə ordu quruculuğu ilə əlaqədar bir sıra mühüm qərarlar qəbul edildi, silahlı qüvvələr tam dövlətin nəzarətinə keçirildi, Ümummilli liderimizə inam əsgər və zabitlərimizə fiziki, mənəvi güc verdi, ordumuz cəbhədə bir çox qələbələrə imza ataraq təşəbbüsü ələ aldı, ümumilkdə bütün bunlar Qarabağ cəbhəsindəki vəziyyətə müsbət dinamika gətirə bildi. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş şəhid, baş leytenant Xaliddin Nəsibovun atası keçmiş hərbçi, Birinci Qarabağ müharibəsi veteranı Vaqif Nəsibov, Vətən müharibəsində qanı ilə tarix yazan, Azərbaycan Respublikasıın Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən hələ döyüşlər gedərkən sağlığında “Qüsursuz xidmətə görə” III dərəcəli medalla təltif olunmuş, ölümündən sonra isə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təlrif olunmuş şəhid gizir Sərxan Abdullayevin atası keçmiş hərbçi, Birinci Qarabağ müharibəsi veteranı Elxan Abdullayev çıxış edərək 90-cı illərdə ordu quruculuğundakı vəziyyətdən, özlərinin və oğullarının keçdiyi şərəfli hərbi xidmət yolundan və Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə qayıdışından sonra ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan danışıblar.