Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi Kitabxanasında Nigar Rəfibəylinin anadan olmasının 110 illiyi ilə əlaqədar biblioqrafik xülasə təşkil edilib

21.06.2023

İyunun 21-də Tovuz rayon Mərkəzi Kitabxanasında Nigar Rəfibəylinin anadan olmasının 110 illiyi ilə əlaqədar "Nigar Rəfibəyli-110" başlığında biblioqrafik xülasə təşkil edilib.

Çıxış edən kitabxana əməkdaşları Nigar Rəfibəylinin həyatı və yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat verib və bildiriblər ki, Azərbaycanın görkəmli şairələrindən olan Nigar Rəfibəylinin yaradıcılığında zərif məhəbbət lirikası, analıq, Vətən, təbiət mövzuları əsas yer tutur. Onun "Ana, mənə mahnı oxu!", "Ana məhəbbəti", "İnsan hərarəti", "İşıqlı dünyam", "Vətən qızları", "Vətən duyğuları" və başqa şeirləri oxucular tərəfindən sevilir. Körpə balalarımızı da yaddan çıxarmayan şairə onlar üçün "Məstanın balaları", "Günəşin cavabı", "Şadlıq nəğməsi" və onlarla bu kimi şeirlər qələmə almışdır.