Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Narkomaniyaya həsr olunmuş tədbir keçirildi

21.06.2023

21 iyun 2023-cü il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Mərkəzi Kitabxananın və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 26 iyun-Narkomaniya gününə həsr edilmiş "Narkomaniyaya "Yox" deyək" adlı tədbir təşkil edilib. 

Tədbirdə mədəniyyət işçiləri, BDU-nin tələbələri iştirak ediblər. 

Tədbirdə çıxış edən Qazax Ruhi xəstəxanasının həkim-narkoloqu Nahidə Osmanova narkomaniyanın gənclərin sağlam həyat tərzi üçün təhlükə törətdiyindən danışıb. O, qeyd edib ki, gənclərin bu bəlaya düçar olmaması üçün mübarizə tədbirləri genişlənməlidir. Son illər ölkəmizdə narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə hüquq mühafizə orqanları tərəfindən gücndirilmişdir.

Digər çıxış edənlər də narkotik vasitələrin və psixotrop maddələrin orqanizm üçün zərərlərindən danışıblar. 

Mədəniyyət işçiləri qeyd ediblər ki, bu təbliğat işi bizim qarşımızda duran mühüm vəzifələrdəndir. Mədəniyyət müəssisələrində mütəmadi olaraq bununla bağlı tədbirlər təşkil ediləcəkdir.