Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid İlkin Aslan oğlu Şükürovun ailəsi ziyarət edildi

21.06.2023

Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin əməkdaşları 21 iyun 2023-cü il tarixində Qazax rayon Ürkməzli kənd şəhidi İlkin Aslan oğlu Şükürovun ailəsini ziyarət ediblər.

Şəhid İlkin Şükürov 27 avqust 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur.14 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 15 oktyabr 2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.