Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Heydər Əliyev Mərkəzində ”Narkomaniyaya qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda tədbir keçirilib.

21.06.2023

İyunun 21-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində "Narkomaniyaya qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir" mövzusunda tədbir keçirilib.

Tədbirdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin, Ağstafa rayon Polis Şöbəsinin, “Ağstafa Gənclər Evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, Ağstafa rayon ümumtəhsil məktəblərinin psixoloq və müəllimləri, eyni zamanda, gənclər iştirak ediblər.

Tədbirdə çıxışlar zamanı narkotik vasitələrin psixotrop maddələrin qeyri qanuni dövriyyəsi və onun insan orqanizminə vurduğu zərər haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.