Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax şəhər 2 saylı Uşaq Musiqi Məktəbində 2022-2023-cü il tədris ilinin yekunu ilə əlaqədar Pedaqoji Şuranın iclası keçirildi

21.06.2023

21 iyul 2023-cü il tarixində Qazax şəhər 2 saylı Uşaq Musiqi Məktəbində tədris ilinin yekunu ilə əlaqədar Pedaqoji Şuranın iclası keçirilib.

 İclasda musiqi məktəbinin direktoru Ramil Qurbanov və məktəbin müəllim heyəti iştirak edib.

Əvvəlcə musiqi məktəbinin ayrı-ayrı şöbələrinin hesabatları dinlənilib. Tədris ili ərzində müəllimlərin iş fəaliyyəti, tədrisin səviyyəsi və keçirilən tədbirlər, metodik mühazirələr, açıq dərslər müzakirə olunub.

Tədbirin davamında məktəbin müəllim və şagirdlərinin ifasından ibarət yekun konserti keçirilib.