Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniyaya qarşı mübarizədə mədəniyyət müəssisələrinin rolu”

21.06.2023

21 iyul 2023-cü il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Azərbaycanın Xalq Artisti, teatr və kino aktyoru, tanınmış incəsənət xadimi Tariyel Qasımovun, Rəsm Qalereyasının əməkdaşları və rəsm dərnək üzvlərinin iştirakı ilə “Narkomaniyaya qarşı mübarizədə mədəniyyət müəssisələrinin rolu” başlıqlı tədbir keçirilib. Tədbirdə Qalereyanın direktoru Gülgün Kərimov, aktyor Tariyel Qasımov bəşəriyyətin bəlası narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və qarşısısnın alınmasına dair maarifləndirici söhbətlər aparılıb.