20.06.2023
20 iyun 2023-cü il tarixində Ağstafa rayon MKS-nin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Əsli İsmayılqızının müəllifi olduğu "Yarımçıq arzular... Dəmir yumruq" və şəhid Mayis Rəhim oğlu Yaqubovun xatirəsinə həsr olunmuş "Əjdaha ləqəbli şəhid" kitablarının təqdimat mərasimi keçirilib.
Tədbirdə şəhid ailələri, mədəniyyət işçiləri, yazarın ailə üzvləri, kitabxananın fəal oxucuları iştirak edib.
Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva çıxış edərək yerli şair Əsli İsmayılqızının həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verib.
Tədbirdə Əsli İsmayılqızı tədbir iştirakçılarına kitabda yer alan şəhidlərə həsr olunmuş şeirlərindən səsləndirib.
Təqdimat mərasimi tədbir iştirakçılarının geniş çıxışları, şairənin şeirlərinin səsləndirilməsi və aşıqların ifası ilə davam etdirilib.