Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Narkotiklər bütün dünyanın bəlasıdır”

20.06.2023

20 iyun 2023-cü il tarixində Qazax Dövlət Rəsm Qalereyasında 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş "Narkotiklər bütün dünyanın bəlasıdır" adlı dəyirmi masa keçirilib. 

Tədbirdə qalereyanın direktoru Münəvvər Xəlilova çıxış edərək , narkomaniyanın səbəbləri və törətdiyi fəsadlar, onun insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat verdi. Bununla yanaşı, tədbirdə narkomaniyaya qarşı mübarizədə ictimai qınağın və həmrəyliyin vacibliyi diqqətə çatdırıldı.