Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirildi

12.06.2023

12 iyun 2023- cü il tarixdə Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar "Sən elə bir zirvəsən" adlı tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ramil Qurbanov qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarix xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir.