Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan xalqının qurtuluş günü”

14.06.2023

İyunun 14-də Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı "Azərbaycan xalqının qurtuluş günü" adlı tədbir keçirilib. 

İlk öncə məktəbin direktoru Vəfa Kərimova çıxış edərək bildirib ki, Azərbaycan xalqının taleyində elə günlər var ki, həmin günlər onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsasını qoyub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun-Milli Qurtuluş günüdür. Milli Qurtuluş günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.