Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli qurtuluşdan tarixi Zəfərə”

14.06.2023

İyunun 14-də Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Milli qurtuluşdan tarixi Zəfərə” başlıqlı dəyirmi masa keçirilib. Giriş sözü ilə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev 15 İyunun Azərbaycan tarixində özünəməxsus yeri olduğundan bəhs edərək bu günün xalqımızın taleyində dönüş anı olduğunu vurğulayıb, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib.

Tədbir müəllimlərin mövzu ətrafında çıxışları ilə davam etdirilib.