Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qurtuluşdan böyük qayıdışa”

14.06.2023

Tovuz rayon Heydər Əliyev Mərkəzinin, MKS-nin , Tarix-Diyarşünaslıq Muzeyi və Tovuz rayon Peşə Liseyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Qurtuluşdan böyük qayıdışa” mövzusunda tədbir və kitab sərgisi keçirilib.

Tədbirdə gənclər və rayon ictimaiyyət nümayəndələri iştirak edib.

 İlk öncə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 15 İyun Milli Qurtuluş günü dövlətçiliyimizin şanlı qürur səhifələrindən biridir. 15 İyun, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş günü oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. 

Sonda təşkil olunmuş kitab və rəsm əsərləri sərgisinə baxış keçirilib