14.06.2023
İyunun 14-də “Heydər Əliyev İli” çərçivəsində Qazax rayon Heydər Əliyev Mərkəzinin və Qazax Müalicə Diaqnostika Mərkəzi PHŞ- in birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür” mövzusunda tədbir keçirilib.
Tədbir 1993- cü ilin iyun hadisələrini tarixi faktlarla, real kadrlarla özündə əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Mərkəzin direktoru Ceyhunə Hüseynova çıxış edərək Milli Qurtuluş Gününün dövlətçiliyimiz üçün əhəmiyyətindən və Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.
Tədbirdə çıxışlar zamanı Azərbaycan xalqının taleyinə qızıl hərflərlə yazılmış Qurtuluş Gününün Azərbaycan üçün ən şanlı, ən qürurlu bayramlardan olduğunu vurğuladılar və bildirdilər ki, 1997- ci ildən rəsmi olaraq dövlət bayramı kimi qeyd olunan bu tarix müasir müstəqilliyimizin keşməkeşli yollarında ən parlaq izlər buraxıb.