Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib

09.06.2023

İyunun 9-da Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Ağstafa rayon Gənclər və İdman İdarəsinin, Ağstafa şəhər Heydər Əliyev Mərkəzinin və Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar "Qurtuluş Heydər Əliyevin qayıdışı ilə gəldi...” adlı tədbir keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəsi Əziz Məsmalıyev, Ağstafa şəhər Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Ağstafa rayon Şöbəsinin sədr Ceyhun Əliyev, Əfqanıstan Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Mirzahid Haçıyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Lalə Qarayeva, Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin dərnək rəhbəri Firəngiz İsmayılova çıxış edərək qeyd ediblər ki, 1993-cü ildə xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanın dövlət müstəqilliyinin təmin edilməsi sahəsində qlobal işlər görülüb və irəliyə doğru mühüm addımlar atılıb. Onun fədakar əməyi, müdrik siyasəti, zəngin həyat təcrübəsi nəticəsində Azərbaycanda özbaşınalıqlara son qoyularaq daxili siyasi sabitlik təmin edilib, dövlətimiz parçalanmaq təhlükəsindən sovuşub. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb. Azərbaycanla Ermənistan arasında atəşkəsə nail olunub. Daxili siyasi sabitliyin təmin edilməsi ilə yeni, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması dövrünə qədəm qoyulub. 

 Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin qətiyyətli tədbirləri sayəsində Azərbaycan dövlətinin inkişafında yeni mərhələ başladı və Azərbaycan qısa bir zamanda regionun lider dövlətinə çevirdi.