Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzində “Milli dövlətçiliyimizin xilaskarı” adlı tədbir keçirildi.

09.06.2023

9 iyun 2023-cü il tarixində Qazax  rayon Mədəniyyət Mərkəzində mədəniyyət müəssisələrinin iştirakı ilə 15 iyun –Milli Qurtuluş  gününə  həsr olumuş “Milli dövlətçiliyimizin xilaskarı” adlı  tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev açaraq  bildirib ki,  15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, 

 

Mövzu ilə əlaqədar Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova məruzə ilə çıxış edərək bu günün tarixindən danışıb. O, qeyd edib ki, 15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur. 

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva məruzə ətrafında çıxışlar edərək bildiriblər ki, dözülməz şəraitdə xalqımızı və ölkəmizi bu acınacaqlı vəziyyətdən yalnız fenomenal şəxsiyyət – ulu öndər Heydər Əliyev çıxara bilərdi. Xalqın verdiyi bu qərar ən ədalətli qərar idi. Eyni zamanda o da qeyd olunub ki, Azərbaycanı günbəgün qüdrətləndirən Prezident İlham Əliyev 2020-ci ilin 27 sentyabrında başlayan və tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsi ilə layiqli davamçısı olduğu Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirdi