Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Müstəqil dövlət, müstəqil xalq”

12.06.2023

12 iyun 2023-cü il tarixində Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi və Hüseyn Arif Ev Muzeyinin əməkdaşları 2 saylı tam orta məktəbdə "Müstəqil dövlət, müstəqil xalq" adlı maarifləndirici məruzə ilə çıxış ediblər.

Məruzədə 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikada yaranmış ağır vəziyyət, hökm sürən hərc-mərclik, baş verən ictimai-siyasi proseslər geniş təhlil olunub, məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğu, siyasi sabitliyin bərqərar olunduğu, ölkənin xaos, böhran və siyasi çəkişmələrdən azad olduğu xüsusi vurğulanıb.