07.06.2023
7 iyun 2023-cü il tarixində Qazax Tarix-Diyarşünaslıq Muzeyində "İnsan hüquqları aylığı çərçivəsində " "Hüquqlarımızı bilək" adlı dəyirmi masa keçirilib.
Tədbiri muzeyin direktoru G.Alişanova açaraq qeyd edib ki, insan hüquqları bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət haqqındadır. Hər bir insan ayrı-seçkiliyə məruz qalmamaq,yaşamaq,söz azadlığı, təhsil almaq və digər hüquqlara malikdir.Artıq bir ənənəyə çevrilən,hər ilin 18 iyun -Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ərəfəsində ölkəmizdə insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaqdır.