Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan və vətəndaş hüquqları” mövzusunda dəyirmi masa keçirilib

07.06.2023

İyunun 7-də Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan və vətəndaş hüquqları” mövzusunda dəyirmi masa keçirilib. Çıxışlarda qeyd olunub ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.