12.06.2023
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Mehriban İsgəndərova Ağstafa rayon Dağkəsəmən 1 saylı tam orta məktəbin yuxarı sinif şağirdlərinə "İnsan hüquqları aylığı" çərçivəsində “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirib.
Natiq çıxış edərək uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə barədə şagirdlərə ətraflı məlumat verib.
Uşaq hüquqları, yaşı 18-dək olan işçilərin əmək hüquqları və əmək münasibətləri zamanı onlar üçün qanunvericilikdə nəzərdə tutulan əlavə təminatlar diqqətə çatdırılıb.
Maarifləndirmə tədbirində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.