Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Dövlət Rəsm Qalereyasında ”Bütün insanlar azad və bərabərhüquqludur” başlığı altında tədbir keçirildi

08.06.2023

8 iyun 2023- cü il tarixində 18 may-18 iyun "İnsan hüquqları aylığı" çərçivəsində Qazax Dövlət Rəsm Qalereyasında "Bütün insanlar azad və bərabərhüquqludur" başlığı altında tədbir keçirildi. Tədbirdə Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova çıxış edərək bildirdi ki, insan hüquqları dedikdə, cəmiyyətin üzvü olan hər bir fərdin, şəxsin hüquqları başa düşülür. İnsan hüquqlarının əsas mahiyyəti bütün insanların eyni hüquqlara malik olmalarından və bu hüquqların izahata ehtiyac duyulmadan hər kəsə aid edilməsindən ibarətdir. Tədbirdə dərnək üzvlərinin mövzunu əks etdirən rəsmləri nümayiş olundu.