Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzində ”İnsan Hüquqları aylığı”na həsr olunmuş tədbir keçirildi

09.06.2023

9 iyun 2023-cü il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində "İnsan Hüquqları aylığı" çərçivəsində "Ulu Öndər - mərhəmətli insan və hüquqlarımız" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova çıxışında qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu gün ölkəmizdə geniş qeyd edilir. Sosial-hüquqi statusundan asılı olmayaraq hər kəsin hüquq və azadlıqları vardır. Hər bir vətəndaş öz hüququnu bilməli və qanun çərçivəsində öz hüquqlarını qorumalıdır. Ölkəmizdə hər zaman insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə müəyyən sosialyönümlü addımlar atılır ki, bu da xalqın rifahının, yüksəldilməsinə, vətəndaşın cəmiyyətdə özünə layiqli yer tutmasına xidmət edir. 

Digər çıxış edənlər də bildiriblər ki, ölkə rəhbərliyi hər zaman insan hüquqlarına xüsusi diqqət ayırır. insan hüquqlarının qorunması dövlətin ali məqsədi olmaqla yanaşı hər kəsin hüquq və azadlıqlarının qorunmasına təminat verir.