Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İnsan hüquq və azadlıqlarına hörmət hüquqi, mənəvi borcumuzdur”

09.06.2023

9 iyun 2023-cü il tarixində Ağstafa Tarix-Diyarşünaslıq muzeyi, rayon MKS-si, Hüseyn Arif Ev Muzeyi və 1 saylı Folklor klubunun birgə təşkilatçılığı ilə "İnsan hüquqları aylığı" çərçivəsində “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi, mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.

Çıxışlar zamanı qeyd olunub ki, bu gün, həqiqətən də, hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verməkdədir. Bildirilib ki, vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına verilən ali dəyərin göstəricisidir. Bu baxımdan hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalıyıq. Bu, hər birimizin vətəndaşlıq borcudur.