Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi Kitabxanasında ”İnsan hüquqları aylığı” çərçivəsində ”Hüquqlarımızı qoruyaq” mövzusunda informasiya saatı təşkil edilib

09.06.2023

İyunun 9-da Tovuz rayon Mərkəzi Kitabxanasında "İnsan hüquqları aylığı" (18 may-18 iyun) çərçivəsində "Hüquqlarımızı qoruyaq" mövzusunda informasiya saatı təşkil edib.

Tədbirdə çıxış edənlər insan hüquqları sahəsində görülmüş işlərdən, insan və vətəndaş hüquqlarının təmin edilmısi sahəsində qəbul edilmiş sənədlərdən danışıblar. Bildiriblər ki, hal-hazırda Azərbaycanda insan hüquqlarının təminatı sahəsində ölkəmiz dünyaya nümunə ola biləcək məkandır. Bugünkü Azərbaycan vətəndaşı hüquqlarını bilən və onun təminatı üçün hər şeyi tələb edən mübariz vətəndaşdır. Bu imkanı yaradan isə dövlətdir. Ümummilli lider Heydər Əliyevin insan hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.