Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli dövlətçiliyimizin xilaskarı”

10.06.2023

İyunun 10-da “Heydər Əliyev İli” çərçivəsində Qazax rayon İcra Hakimiyyəti, Qazax rayon Heydər Əliyev Mərkəzi, Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının və Qazax rayon MKS-nin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda toplantı keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, jurnalist Məmməd Əfşanın adı tariximizin müasir müstəqillik səhifələrinə qızıl hərflərlə yazılmış Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışına və iyun hadisələrinə həsr etdiyi “Milləti və dövləti sarsıdan 15 gün” adlı kitab iştirakçılara təqdim edilib. 

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, ziyalılar, səhiyyə, mədəniyyət işçiləri, AYB Qazax zona filialının üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Rayon rəhbərliyi əvvəlcə Mərkəzin dərnək üzvlərinin rəsmlərindən və Ulu Öndərə həsr olunmuş kitablardan ibarət sərgi ilə tanış olub.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, mədəniyyətimizə, ədəbiyyatımıza, bu sahədə çalışan insanlara verdiyi dəyəri özündə əks etdirən videoçarx nümayiş olunub.