Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon mədəniyyət müəssisələri və Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

09.06.2023

9 iyun 2023-cü il tarixdə Ağstafa rayon Mədəniyyət müəssisələri və Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə Ümummilli Liderin mənalı ömür yolu, Azərbaycan xalqı və dövləti qarşısındakı misilisiz tarixi xidmətlərindən bəhs edən kitab sərgisinə baxılıb.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədr müavini, Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva bildirib ki, Milli Qurtuluş günü Azərbaycan tarixinin dönüş nöqtəsidir. Xalqımızın, Azərbaycan dövlətçiliyinin xilas tarixidir. 

Daha sonra çıxış edən natiqlər Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumasından bəhs ediblər.