Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzi kitabxanasında “Qazax elinin Şəhidləri: Müqəddəs and yerimiz” adlı tədbir keçirilib

08.06.2023

8 iyun 2023-cü il 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi kitabxana oxu zalında Qazax rayonunun Yuxarı Əskipara kəndinin işğal günü ilə əlaqədar “Dünya xalqlarının gözü önündə dağılan, talanan el mənimkidir” və Qarabağ müharibəsi Şəhidlərinə həsr olunmuş “Qazax elinin Şəhidləri:Müqəddəs and yerimiz” adlı videoçarx nümayiş etdirib. Tədbirdə bir qrup tələbə, fəal oxucular və kitabxana əməkdaşları iştirak edib. Vətən uğrunda canından keçən Şəhidlərin ruhu dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib, Qazax rayonunun qədim tariximizi əks etdirən abidələrlə zəngin olan Yuxarı Əskipara kəndi haqqında ətraflı məlumat verilib. “Qazax elinin Şəhidləri: Müqəddəs and yerimiz” adlı videoçarxda Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”,“Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Namazov Elcan Hidayət oğlunun; “Vətən uğrunda”,“Döyüşdə fərqlənməyə görə”,“Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş çavuş İsgəndərov Pərvin Pərviz oğlunun; “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Məmmədov Əvəz Elnur oğlunun qısa, lakin özündən sonrakı gənclərə örnək olan mənalı həyat yollarını canlandıran anlar, döyüş yollarından epizodlar nümayiş olunub. Şəhid Pərvinin həyatı haqqında verilən məlumatda onun vəfalı atının 40 gün evə gəlmədiyi, sonralar isə hər gün sahibinin qəbri üstə görünməsi faktı iştirakçıları mütəəssir edib. Doğma Azərbaycan naminə, torpaq, qeyrət uğrunda əziz canlarından keçən Şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim uca tutularaq yad olunacağı, Müzəffər Ali Baş Komandanın başçılığı ilə rəşadətli Ordumuz tərəfindən erməni əsirliyində qalan torpaqlarımızın tezliklə azad olunacağı qeyd olunub.