Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Tarix-Diyarşünaslıq Muzeyində şagirdlərə ”Azərbaycan tarixində daş dövrü” mövzusunda tarix dərsi keçirilib

08.06.2023

Qazax Tarix-Diyarşünaslıq Muzeyində tarix dərslərinin müvafiq bölmələrinin şagirdlərə əyani eksponatların təqdim olunması ilə keçirilməsi prosesi davam edir. 8 iyun 2023- cü il tarixində Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdlərinə "Azərbaycan tarixində daş dövrü" mövzusunda tarix dərsi keçirilib. Şagirdlərə ibtidai insanların həyat tərzini, məişətini özündə əks etdirən daş dövrü abidəsi "Damcılı mağarası" haqqında ətraflı məlumat verilib.