Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” mövzusunda tədbir keçirilib

08.06.2023

“2023-cü il Heydər Əliyev İli” elan olunması ilə bağlı Tədbirlər Planına uyğun olaraq Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə icra başçısı Seymur Orucov, icra hakimiyyəti aparatının əməkdaşları, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzi binasının ətrafında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən tarixi fotolardan ibarət sərgiyə tamaşa ediblər. 

Mədəniyyət Mərkəzinin akt zalında davam etdirilən tədbirdən öncə Dövlət Himnimiz səslənidirilib, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Seymur Orucov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin adı təkcə Azərbaycanın tarixinə deyil, həm də dünya siyasətinin tarixinə fenomenal şəxsiyyət, dahi lider, uzaqgörən dövlət başçısı kimi həkk olub. 

Ağstafa regional Mədəniyyət idarəsinin rəisi Nürəddin Mehdiyev “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda çıxış edərək XX əsrdə xalqımızın mədəni həyatında yeni bir dövr başlandığı, bunun ulu öndər Heydər Əliyevin adı ilə bağlı oldugunu vurğulayıb və qeyd edib ki, məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.

 İdarənin kommunikasiya meneceri Leyla Bayramova “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Ağstafa şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Şükran Hüseynli “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzularında geniş məruzələrlə çıxış ediblər. Mədəniyyət Mərkəzinin direktoru Xuraman Əzimova və ağstafalı gənc şair Rüfət Axundlu da çıxış edərək qeyd ediblər ki, Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyev mədəniyyətin inkişafına xüsusi qayğı göstərən, onu zənginləşdirən, ölkədə və dünyada tanıdan rəhbər idi. Onun hakimiyyəti illərində Azərbaycan xalqı dünya mədəniyyətində yaradıcı funksiyasını uğurla davam etdirirdi. Müasir Azərbaycanın əsas qurucularından olan və tarixə öz damğasını vuran dahi şəxsiyyət Heydər Əliyev bu gün də xalqın yaddaşında və ürəyində yaşayır. Onun ali bir rəhbər kimi Azərbaycan üçün etdikləri xalq tərəfindən unudulmur, şeir və nəğmələrə, film və kitablara mövzu olur. 

Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilib.