Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Tarix-Diyarşünaslıq Muzeyində ”Azərbaycanda tunc dövrü” adlı tarix dərsi keçirilib

05.06.2023

Qazax Tarix-Diyarşünaslıq Muzeyində tarix dərslərinin müvafiq bölmələrinin şagirdlərə əyani eksponatların təqdim olunması ilə keçirilməsi prosesi davam edir. 5 iyun 2023-cü il tarixində Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinə "Azərbaycanda tunc dövrü" adlı tarix dərsi keçirilib. Şagirdlərə rayonumuzun ərazisində olan dünya əhəmiyyətli abidə "Baba Dərviş" haqqında məlumat verildi, həmin ərazidə tapılmış maddi-mədəniyyət abidələri əyani şəkildə şagirdlərə göstərildi.