02.06.2023
2 iyun 2023-cü il tarixində "Heydər Əliyev İli" çərçivəsində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin və Qazax Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "Həmkarlar təşkilatları sisteminin inkişafında Ümummilli lider Heydər Əliyevin müstəsna rolu" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə MİHİ Qazax rayon komitəsinin sədri İ.Qurbanov və muzey əməkdaşları iştirak ediblər.Tədbir iştirakçıları həmkarlar təşkilatlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıblar.Qeyd ediblər ki, Azərbaycanda bütün sahələrin,eyni zamanda həmkarlar təşkilatlarının davamlı inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.