01.06.2023
İyunun 1-də Tovuz rayon İcra Hakimiyyəti, Tovuz rayon Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzi və Tovuz şəhər Aşıq Ə.Rzayev adına Uşaq Musiqi Məktəbi və Tovuz Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 1- İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Tovuz rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında "Günəş olaram mən də" adlı əyləncəli proqram təşkil olunub. Tədbirdə rayon ictimaiyyəti ilə yanaşı şəhid və qazi ailələri uşaqları iştirak edib.