Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gələcək bizimlə gələcək!”

01.06.2023

1 iyun tarixində Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbi və Düz Qırıqlı kənd Körpələr evi – uşaq baxçasının birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Gələcək bizimlə gələcək!” adlı tədbir keçirilib.

Açıq havada təşkil olunan tədbirdə məktəbin direktoru Xəyal Nağıyev, körpələr evinin müdiri Afət Cəfərova çıxış edərək uşaqları təbrik edib, bu günün təsis olunma tarixi barədə məlumat veriblər, ölkəmizdə uşaqlara olan dövlət qayğısından geniş danışıblar.

Tədbir musiqi məktəbinin şagirdlərinin və körpə fidanların ifasında maraqlı musiqi və şeir nömrələri ilə davam etdirilib. Nümunəvi şagirdlər hədiyyələrlə təltif olunub.