31.05.2023
31 may 2023-cü il tarixində Qazax rayon Mədəniyyət Mərkəzi, 2 saylı Uşaq Musiqi Məktəbi, rayon MKS, Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı, MİHİ Qazax rayon təşkilatının dəstəyi ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Dünyanı verək uşaqlara” adlı konsert proqramı təqdim olunub.
Tədbirdə məktəblilər, fəal oxucular, rayon ictimaiyyət nümayəndələri, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib. “Uşaqların Böyük Dostu” adlı foto-stend, “Biz dünyaya bəzəyik” adlı sərgi və bayramsayağı tərtibat verilmiş tədbirdə uşaqların iştirakı ilə Ulu Öndərin 100 illik yubileyi şərəfinə “100” rəqəmi yazılıb. İşıqlı gələcəyimizin təminatçısı olan uşaqlar bayram münasibətilə təbrik olunub, açıq səma altında daim gözlərində təbəssüm olmaqla xoşbəxt, sağlam böyüməsi arzulanıb.
Ümummilli Lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” qiymətli fikirləri nəzərə çatdırılıb, qeyd olunub ki, Ulu Öndərin bizim üçün və işıqlı gələcəyimiz üçün miras qoyduğu qanunlar bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə uğurla davam etdirilir.
Şən musiqilər altında təşkil olunan tədbirdə düşündürücü bilik yarışmaları, viktorinalar keçirilib, Ulu Öndər, Vətən, Bayraq haqqında qiymətli fikirlər söylənilib, şeirlər, şən mahnılar ifa olunub.