Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Tarix-Diyarşünaslıq Muzeyində tarix dərslərin keçirilməsi müntəzəm olaraq davam edir

30.05.2023

30 may 2023-cü il tarixində Ağstafa rayonunun Tatlı kənd tam orta məktəbinin şagirdlərinə "Zəfər tariximizin şanlı səhifələrinə həsr edilmiş "Millətimizin milli ləyaqət rəmzi" adlı dərs keçirilib. Muzeyin direktoru Yeganə Əhmədova məktəblilərə 44 günlük Vətən müharibəsi haqqında məlumat verib. 

 Eyni zamanda məktəblilər muzeyin ekspozisiyasında nümayiş olunan Son tunc dövrünə aid olan eksponatlarla əyani şəkildə tanış olublar. Həmin eksponatların tarixi və mənşəyi haqqında məktəblilərə ətraflı məlumat verilib