30.05.2023
Mayın 30-da “Heydər Əliyev İli” çərçivəsində Qazax rayon Heydər Əliyev Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Qazax şəhər 5 saylı Körpələr Evi Uşaq Bağçasının körpə fidanlarının iştirakı ilə “Heydər Babanın nəvələriyik” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Ceyhunə Hüseynova açaraq uşaqları bayram münasibətilə təbrik edərək və onlara xoşbəxt gələcək, sevinc dolu günlər arzu edib. Uşaqların sevimlisi olan Heydər Babanın cəmiyyətin gələcəyi olan uşaqlara hər zaman diqqət və qayğısını əks etdirən videoçarxın nümayişindən sonra uşaqlar Heydər Əliyevə, Vətənə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyublar.
Sonda uşaqlar üçün Mərkəzdə yerləşən Planetarumunda maraqlı cizgi filmləri nümayiş olunub.